BAKI, 24 fevral. TELEQRAF

İndiyədək müxtəlif ölkələrin şirkətləri tərəfindən Azərbaycandakı sənaye zonlarına layihə üzrə 438,7 milyon manat investisiya cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, xarici ölkələr tərəfindən faktiki olaraq 248,9 milyon manat sərmayə yatırılıb:

“Əsas investorlarımız Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Litva, Bolqarıstan, Rusiya və Pakistandır”.