BAKI, 24 fevral. TELEQRAF

Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması üçün yaradılan ilk aqroparkdır. Aqroparka rezidentlər tərəfindən 59,4 milyon manat investisiya yatırılıb, 185 daimi və 593 mövsümi iş yeri yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, aqropark üzrə 35 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınıb:

“Burada intensiv meyvə bağlarının salınması, heyvandarlıq və quşçuluq təsərrüfatlarının, həmçinin emal sahələrinin yaradılması nəzərdə tutulub”.