BAKI, 24 fevral. TELEQRAF
2026-cı ildə sənaye parklarına 300 milyon manat dəyərində müəssisələrin fəaliyyətə başlaması və 3 000 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2026-cı ildə də ölkə sənayesinin dayanıqlı və rəqabətədavamlı inkişafına töhfə verməyə davam ediləcək.