BAKI, 24 fevral. TELEQRAF

İndiyədək Azərbaycanın sənaye zonalarında rezidentlər tərəfindən qənaət olunan ümumi vəsaitin məbləği 547 milyon manatdan çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2025-ci ildə sənaye zonalarında 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb:

“Eyni zamanda, 14 yeni müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Həmçinin, sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər”.