BAKI, 24 fevral. TELEQRAF
2026-cı ildə sənaye zonalarında 16 yeni müəssisənin fəaliyyətə başlaması və 2 müəssisənin təməlqoyması planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun ötən il üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, artıq yanvarda cənab Prezident Sumqayıt Sənaye Parkında iki müəssisənin açılışını edərək bir müəssisənin təməlini qoyub:
“Məqsədimiz sənaye zonalarını ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən strateji mərkəzlərə çevirməkdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.