BAKI, 23 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanda tikintiyə 200,3 milyon manat investisiya yönəldilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən bu istiqamətdə 16% azalma olub.

Bu məbləğdən mənzil tikintisinə isə 96,3 milyon manat xərclənib. 2025-ci ilin eyni dövrünə nisbətən bu istiqamətdə 45,2% azalma qeydə alınıb.