BAKI, 23 fevral. TELEQRAF

2026-cı ilin yanvarında Azərbaycanda 207,8 kiloqram qızıl istehsal edilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12% azdır.

Hesabat dövründə eyni zamanda 329,8 kiloqram gümüş istehsal edilib. 2025-ci ilin yanvarı ilə müqayisədə gümüşün istehsalı 12,2% azalıb.

Fevralın 1-nə sənaye müəssisələrinin anbarlarında 103,6 kiloqram qızıl, 550,4 kiloqram gümüş qalıb.