BAKI, 21 fevral. TELEQRAF

Gürcüstan hökuməti Azərbaycandan Ermənistana neft məhsullarının tranziti üçün simvolik tarif tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Bildirilir ki, 2025-ci il dekabrın əvvəlində Gürcüstan öz ərazisindən Ermənistana birdəfəlik pulsuz neft tranziti təmin edib. Növbəti partiya isə standart tariflə nəql edilib. Bu da Ermənistanda narazılığa səbəb olub.

Neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana daşınması üzrə tariflər bu gün də İrəvanda Gürcüstanın iqtisadiyyat naziri Mariam Kvrivişvili ilə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan arasında keçirilən görüşdə müzakirə mövzusu olub.