BAKI, 21 fevral. TELEQRAF
Rəsmi Kiyev "Drujba" boru kəməri ilə neft tranzitini bərpa etməsə Slovakiya hökuməti fevralın 23-dən Ukraynaya elektrik enerjisi təchizatını dayandıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın baş nazir Robert Fiko məlumat verib.
"Slovakiya qürurlu və suveren ölkədir. Əgər Slovakiyaya neft tədarükü bazar ertəsinə qədər bərpa olunmazsa, SEPS-dən Ukraynaya elektrik enerjisi tədarükünü dayandırmasını xahiş edəcəm".
Baş nazirin sözlərinə görə, 2026-cı ilin yanvarında Ukraynanın enerji sisteminin sabitləşdirilməsi üçün 2025-ci ildə tələb olunandan iki dəfə çox elektrik enerjisi tələb olunub:
"Əgər Qərb Şimal Axını qaz kəmərinin dağıdılmasına etiraz etmirsə, biz Slovakiya-Ukrayna münasibətlərinə yalnız Ukraynaya fayda verən birtərəfli bilet kimi baxa bilmərik".
Fiko qeyd edib ki, təkcə Slovakiyaya qaz təchizatının kəsilməsi 500 milyon avro itkiyə səbəb olub. Neft tranzitinin dayandırılması isə daha böyük ziyana və logistik çətinliklərə gətirib çıxaracaq.
Baş nazir yekun olaraq bildirib ki, Volodimir Zelenskinin Slovakiyaya düşmən ölkə kimi yanaşması qəbuledilməzdir.
"Biz Slovakiyanı Ukraynaya verilən 90 milyard avroluq hərbi kreditə cəlb etməməliyik".