BAKI, 21 fevral. TELEQRAF

2026-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə 1 milyon 808 min nəfər muzdla çalışan işçi, 239 min 800 nəfər isə işsiz qeydə alınıb. Orta aylıq nominal əməkhaqqı 1 102,9 manat olub.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Şərqi Zəngəzurda 20,3 min işləyən, 9 920 işsiz qeydə alınıb. Burada orta aylıq nominal əməkhaqqı 749,9 manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Şərqi Zəngəzurda orta aylıq nominal əməkhaqqı 38 manat və ya 5,34% artıb.

Bakı şəhərində muzdla çalışanların sayı 982,5 min nəfər olub. Paytaxtda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 381 manat olub.

Naxçıvanda 61 min nəfər muzdla çalışan, 14 504 isə işsiz qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda 120,4 min muzdla çalışan (12 407 işsiz), Dağlıq Şirvanda 27,8 min (7 674 işsiz), Gəncə-Daşkəsəndə 77,8 min (8 690 işsiz), Qazax-Tovuzda 58,9 min (19 345 işsiz), Şəki-Zaqatalada 71,9 min (19 501 işsiz), Şirvan-Salyanda 54,3 min (14 809 işsiz), Lənkəran-Astarada 66,2 min (22 032 işsiz), Mərkəzi Aranda 73,9 min (21 807 işsiz), Quba-Xaçmazda 57,3 min (14 612 işsiz), Mil Muğanda 44,1 min (9 566 işsiz), Qarabağda isə 66,2 min (24 672 işsiz) nəfər olub.