BAKI, 20 fevral. TELEQRAF

2026-cı ilin yanvar ayında nəqliyyatçılar 167,8 milyon sərnişinə xidmət göstəriblər.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin 88,8 faizi avtomobil nəqliyyatı, 10,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 6,1 faiz, sərnişin dövriyyəsi isə 8,9 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2,2 faiz azalaraq 17,6 milyon nəfər olub.