BAKI, 20 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 6478,2 milyon manat və ya hər nəfərə orta hesabla 631,2 manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin sərəncamında qalan gəlirləri 5603,3 milyon manat təşkil edib.