BAKI, 10 fevral. TELEQRAF
Böyük Britaniya hökuməti Rusiyanın "Lukoil" şirkətinin Bolqarıstandakı törəmə müəssisələri üçün ümumi lisenziyanı uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası İdarəsi (FSCO) açıqlama yayıb.
Qərar "Lukoil Bulgaria", "Lukoil Neftochim Burgas", "Lukoil Aviation Bulgaria" və "Lukoil Bunker Bulgaria" şirkətlərini əhatə edir:
"Lisenziya 14 noyabr 2025-ci ildə qüvvəyə minib və 2026-cı ilin 13 avqustunda bitir. Qərara qədər icazənin müddəti 2026-cı ilin 14-də başa çatırdı".
2025-ci ilin 15 oktyabrında "Rosneft" və "Lukoil" şirkətlərinə tətbiq edilən məhdudiyyətlər tətbiq edilib.