BAKI, 10 fevral. TELEQRAF
2026-cı ilin yanvar ayında Naxçıvan Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,3% və ya 1,2 milyon manat çoxdur.
Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3% artıb.
Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2%-i isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 235,9 min manat olub.