BAKI, 6 fevral. TELEQRAF
Avropa ölkələrinin yeraltı qaz anbarlarındakı qaz ehtiyatları açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Bildirilir ki, Almaniyanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 30%-in altına düşüb. Fevralın əvvəlində belə vəziyyət tarixdə ilk dəfə olaraq qeydə alınıb.
Fevralın 4-nə olan statistikaya görə, Almaniyanın yeraltı anbarlarında dolluluq 29,12% təşkil edib.
Fransada bu rəqəm 28,5%, Avstriyada 43,1%, İtaliyada 55,1%, Niderlandda 22,4%, Slovakiyada 39,1%, Macarıstanda 41,4%, Çexiyada 44,3%, Rumıniyada 48%, Bolqarıstanda 52%, Belçikada 29,8%, Danimarkada 34,6%, Latviyada 27,3%, Xorvatiyada isə 19,1% olub.
Qeyd edək ki, Avropada anbarlardan qaz çıxarılmasının son mövsümü 2025-ci il martın 28-də başa çatıb. Bu zaman doluluq səviyyəsi 33,57% olub. Hazırda isə anbarlar 38,48% doludur.