BAKI, 6 fevral. TELEQRAF

Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 3,4 milyon manata yaxını vətəndaşlara qaytarılıb.

Bu barədə Teleqraf-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar ayı ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 3 milyon 376 min manat təşkil edib.