BAKI, 6 fevral. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi 2026-cı ilin yanvarında orta hesabla 123,9 bal təşkil edib. Bu da dekabr səviyyəsindən 0,5 bal (0,4 faiz) aşağıdır.
Teleqraf təşkilata istinadən xəbər verir ki, süd məhsulları, ət və şəkərin qiymət indeksindəki azalmalar taxıl və bitki yağının qiymətindəki artım tempindən daha yüksəkdir.
Beləliklə, Ərzaq Qiymətləri İndeksi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 bal (0,6 faiz) aşağı və 2022-ci ilin martında qeydə alınan pik səviyyədən 36,4 bal (22,7 faiz) aşağı olub.