BAKI, 6 fevral. TELEQRAF
Qızılın qiymətindəki sürətli artım müəyyən fasilə ehtiyacını gündəmə gətirsə də, 2026-cı ildə qiymətli metala investisiyaların davam edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının araşdırmasında qeyd edilib.
Şuranın dərc etdiyi məqalədə bildirilir ki, cari ildə geosiyasi amillərin əsas hərəkətverici qüvvə olaraq qalacaq. Makroiqtisadi şərtlər isə bu tendensiyanı gücləndirəcək.
Qızıl üçün risklər əsasən qiymətlərin yüksək səviyyədə olması ilə bağlıdır. Eyni zamanda, geosiyasi gərginliyin davamlı şəkildə azalması bahalaşmanı zəiflədə bilər.
Qeyd edək ki, yanvarda qızılın qiyməti 14% artaraq 5 000 ABŞ dolları həddini keçib və qlobal tələb tarixdə ilk dəfə illik 5 000 tona çatıb. Ay 4 982 dollar/unsiya səviyyəsində başa çatıb və bu müddətdə 12 dəfə tarixi maksimum qeydə alınıb.