BAKI, 6 fevral. TELEQRAF

"Bitcoin"in qiyməti 15 oktyabr 2024-dən sonra ilk dəfə 65 min dollardan aşağı düşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Binance" platformasının məlumatlarında deyilir.

Məlumata görə, "Bitcoin"in qitməti 64,98 min dollara düşüb, bu 11,73% ucuzlaşma deməkdir.

Saat 00:20-yə olan vəziyyətə görə isə eniş sürətlənib və bitkoinin qiyməti 12,96% azalaraq 64,221 min dollar təşkil edib.