BAKI, 5 fevral. TELEQRAF
Sabah Azərbaycanın bəzi rayon və şəhərlərində qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Qazaxın Daş Salahlı kəndində yerləşən qaz xəttində уеrаltı qəzа çağrışının ləğv edilməsi və hərbi hissənin yanında siуiгtmənin quraşdırılması ilə əlaqədar olaraq Daş Salahlı kəndi, Qazax şəhəri Azadlıq və Bakı küçələrində sabah saat 10:00-dan işlər başa çatanadək göstərilən ərazilərdə 1600 abonentin qaz təchizatı dayandırılacaq.
Eyni zamanda, Ağstafa şəhərinin bir hissəsində (350 abonent) və Yeni Gün kəndində (360 abonent) yerləşən qaz xətlərində aşkar olunmuş qaz sızmalarıının aradan qaldırılmsı məqsədi ilə sabah saat 13:00-dan işlər başa çatanadək Ağstafa şəhərinin bir hissəsində və Yeni Gün kəndində ( cəmi 710 abonent) qaz təchizatı dayandırılacaq.
Əlavə olaraq Mingəçevirdə yerləşən A.Puşkin küçəsi 10/3 ünvanında yerləşən obyektin qaz təchizatının qaz şəbəkəsinə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan ərazinin (A.Puşkin küçəsi) qaz təminatının işlər yekunlaşanadək 300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılıb. Şəhərin Toxuculuq küçəsində isə fərdi yaşayış evinin qaz təchizatının qaz şəbəkəsinə qoşulması ilə əlaqədar saat 10:00-dan ərazidə 80 abonentin qaz təminatı dayandırılacaq.
Bərdənin M.Ə.Sabir küçəsində isə qeyri-yaşayış obyektinin qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Beləliklə, İ.Qayıbov, Nüşabə, Vaqif, Koroğlu, H.Aslanov, Sabir və Gəncə küçələrində 2284 abonentin qaz təchizatında fasilələr yaranacaq.