BAKI, 5 fevral. TELEQRAF
Qazaxıstanın şimal bölgələrini təmin etmək üçün nəzərdə tutulan İşim-Astana qaz kəmərinin 2030-cu il yanvarın 1-də istifadəyə verilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayev məlumat verib.
Səfir iki ölkə arasında qaz tranziti məsələləri üzrə dərinləşən əməkdaşlığı qeyd edib:
"Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana tranzit həcmi durmadan artır. Bu layihə Mərkəzi Asiyada regional sabitliyi və enerji təhlükəsizliyini gücləndirəcək", - deyə diplomat bildirib
O layihənin Qazaxıstanın qaz nəqli infrastrukturunun genişləndirilməsinə və modernləşdirilməsinə kömək edəcəyini vurğulayıb.
2025-ci ilin oktyabrında "Qazprom" və Qazaxıstan Rusiyadan yeni qaz kəmərinin çəkilməsi üzrə memorandum imzalayıblar. Kəmərin ötürmə qabiliyyəti 10 milyard kubmetrə çata bilər.