BAKI, 5 fevral. TELEQRAF
Azərbaycanda iki sosial xidmət müəssisəsi nizamnamə kapitalının 2,4 milyon manat azaldığını elan edib.
Teleqraf xəbər verir ki, 3 və 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin nizamnamə kapitalları azaldılaraq 1000 manata endirilib.
Hər iki dövlət müəssisəsinin hazırkı nizamnamə kapitalı 2 milyon 431 min 279.54 manatdır.
3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi Göygöl rayonunda, 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi isə Gəncə şəhərində yerləşir.
3 saylı müəssisə 1999-cu ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Azər Süleymanovdur. 4 saylı sosial xidmət müəssisəsi isə 1993-cü ildə qeydiyyata alınıb, qanuni təmsilçisi Əlizamin İskəndərovdur.
Qeyd edək ki, ötən gün 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin də nizamnamə kapitalı 2 milyon 431 min 279.54 manatdan 1000 manata endirilib.