BAKI, 4 fevral. TELEQRAF
Azərbaycanda qeyri-neft ticarət çəkili nominal effektiv məzənnə 5.2%, real effektiv məzənnə isə 7%-in üzərində ucuzlaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş Direktoru Vüqar Əhmədov mətbuat konfransı zamanı deyib:
Onun sözlərinə görə, real effektiv məzənnə inflyasiya fərqlərinə görə daha çox ucuzlaşıb:
“Xarici ölkələrdə inflasiya daxili inflyasiyadan daha yüksək olub. Bu səbəbdən də hər iki göstəricinin dinamikasında ucuzlaşma və yaxşılaşma görürük. Möhkəmlənmə müşahidə etmirik. Bu dinamika dollar indeksi ilə müəyyən paralelilik təşkil edir. 2025-ci ildə dollar indeksi zəifləyib və təxminən 9-10% ətrafında dəyişib".