BAKI, 4 fevral. TELEQRAF

Azərbaycanda iqtisadi artımla bağlı proqnozlar nikbindir. 2026-cı ildə Ümumi Daxili Məhsulun artımı 2,4%, qeyri-neft-qaz ÜDM-in artımının isə 4% olacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib:

“2027-ci il üçün bu göstəricilər müvafiq olaraq, 2,9% və 4,3% proqnozlaşdırılır. Orta müddətdə cari əməliyyat balansı (CƏB) ilə bağlı proqnozlar müsbətdir. 2026-cı ildə CƏB-in profisiti 2,8-3 milyard dollar civarında proqnozlaşdırılır. 2026-cı ildə bir barel neftin orta qiymətini 64 dollar, qazın bir kubmetrinin orta qiymətini isə 269 dollar proqnozlaşdırırıq. 2027-ci ildə isə CƏB-in profisiti 2,7-2,8 milyard dollar ətrafında olacağı gözlənilir. Növbəti ildə bir barel neftin orta qiymətini 65 dollar, qazın bir kubmetrinin orta qiymətini isə 254 dollar proqnozlaşdırırıq".