BAKI, 4 fevral. TELEQRAF

2026-cı ildə inflasiya 5,5% ətrafında olacağı gözləndir. 2027-ci ildə isə 4% inflasiya proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib:

"İnflasiyanın keçən ilin oktyabrın proqnozlarına müqayisədə aşağı doğru dəyişdirilməsinin əsas səbəbi əsasən kənd təsərrüfatı istehsalçıların qiymətlərin indeksinin artım tempinin aşağı doğru dəyişdirilməsidir. Bizim ötən ilin oktyabrında bu indeksin 6,9% artacağını gözləyirdik, lakin 2026-cı ilin sonuna bu göstərici 5,4% artacaq. Bu həm 2026-cı il, həm də 2027-ci il üzrə inflyasiya proqnozunun aşağı doğru revizə edilməsinə imkan verir."