BAKI, 4 fevral. TELEQRAF
Ötən il bank sektorunda izafi likvidlik 2,9 milyard manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Mərkəzi Bank AZİR indeksinin uçot dərəcəsi ətrafında idarə edilməsinə nail olub.
T.Kazımov qeyd edib ki, ötən ilin dekabrında uçot dərəcəsinin azalmasının təsiri ilə AZIR indeksinin orta günlük səviyyəsi 2025-ci ilin dekabrındakı 6.73%-dən, cari ilin yanvarında 6.7%-ə enib.