BAKI, 15 yanvar. TELEQRAF
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ildə 392 blok-qatar, o cümlədən 137 tranzit qatar qəbul edib.
Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37% artım deməkdir.
Ötən il ümumilikdə 135 300 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin göstəricisindən (114 000 TEU) təxminən 19 faiz çoxdur.