BAKI, 3 sentyabr. TELEQRAF
İran Silahlı Qüvvələri Küveytdəki Əhməd əl-Cabir və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Minhad bazalarına raket və dronlarla zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bölgədəki ABŞ hərbi bazalarına hücumların davam edəcəyi və Amerikanın istənilən hücumuna sərt və dağıdıcı cavab veriləcəyi bildirilib.