BAKI, 3 sentyabr. TELEQRAF

Bosniya və Herseqovina millisinin kapitanı Edin Ceko yığma komandadan ayrılacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, 40 yaşlı təcrübəli hücumçu son matçını oktyabrın 2-də İsveçə qarşı keçirəcək.

Təxminən 20 ildir milli komandanın şərəfini qoruyan Ceko yığma ilə 151 oyun keçirib.

"Çox şey dəyişib, mən də dəyişmişəm. Amma bu formaya olan sevgim heç vaxt dəyişməyib", - deyə o bildirib.

Qeyd edək ki, forvard klub karyerasını Bundesliqa klublarından "Şalke"də davam etdirir.