BAKI, 3 sentyabr. TELEQRAF

“Rusiya və Ukrayna arasında əlaqələr əsasən onların kəşfiyyat orqanları vasitəsilə davam edir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

“Bu yaxınlarda Ukraynanın yüksək vəzifəli şəxslərindən eşitdiyimiz açıqlamaları nəzərə alsaq, bu əlaqələrin sülh razılaşmasına nə dərəcədə gətirib çıxardığını indi demək çətindir. Amma əlaqələr mövcuddur və bu, əsasən təhlükəsizlik xidmətləri vasitəsilə davam edir”, - o vurğulayıb.