BAKI, 26 dekabr. TELEQRAF

Bu ilin noyabrında pul köçürmə sistemləri ilə banklara 229.2 min ədəd əməliyyat üzrə 133,7 milyon manat vəsait daxil olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, aparılmış əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 6.8 min ədəd və ya 2.88 faiz azalıb. Köçürülən vəsaitlər isə 27.3 milyon manat və ya 25.7 faiz artıb.

Hesabat dövründə bir əməliyyatın məbləği 583.2 manat təşkil edib ki, bu da 2024-cü ilin noyabrın 1-nə olan göstəriciyə nisbətən 132.3 manat və ya 29.3% çoxdur.

Eyni zamanda cari ilin noyabrında Azərbaycanda pul köçürmə sistemlər ilə banklardan kənar 66.7 min ədəd əməliyyat üzrə 37.7 milyon manat vəsait köçürülüb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə aparılmış əməliyyatların 33.2% az , vəsaitlərin isə 8.7% azalması deməkdir.

Dövr ərzində pul köçürmə sistemləri ilə banklardan kənar köçürmədə bir əməlliyatın məbləği 565.3 manata bərabər olub. Təhlillər göstərir ki, banklardan kənar köçürmə məbləğləri artıb. Belə ki , 2024-cü ilin noyabrın 1-nə olan göstəriciyə görə, banklardan kənar bir əməliyyat 412, 6 manat olub.