BAKI, 5 noyabr. TELEQRAF

Zəfər və Bayraq Günləri, həmçinin ənənəvi olaraq bazar ertəsində (10 noyabr) Dəmiryol Muzeyi fəaliyyət göstərməyəcək.

Bu barədə Teleqraf-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

"Qeyri-iş günü elan edilmiş 11 noyabr tarixindən etibarən muzey ziyarətçilərin üzünə açıq olacaq."- məlumatda bildirilib.