BAKI, 5 noyabr. TELEQRAF

2025-ci il üçün ölkə üzrə yaşayış minimumunun dəyəri 285 manat, əmək qabiliyyətli əhali üzrə 305 manat, pensiyaçıları üçün 232 manat, uşaqlar üçün 246 manat müəyyən edilib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Əmək və sosial siyasət ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

Onun sözlərinə görə, 2026-2029-cu illər üzrə proqnozlaşdırılan ölkə üzrə yaşayış minimumunun dəyəri müvafiq olaraq 300, 311, 325 və 338 manat təklif edilir.