BAKI, 25 iyun. TELEQRAF
Bakıda Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin yaradılması müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda müzakirə olunub.
Tədbirdə Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin ilkin layihəsi müzakirə olunub və cari ilin 16 sentyabr tarixində Türk Dövlətlərinin audit və mühasibatlıq qurumlarının rəhbərlərinin iştirakı ilə Bakıda Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində imzalanması məqsədə müvafiq hesab edilib.