Cənab Prezident tərəfindən 2030-cu ilə qədər istixana komplekslərinin sahəsinin 500 hektar artırılması hədəf qoyulub. Burda əsas məqsəd və yanaşma artıq istixanaların birgə sənaye zonasında, aqrar zonada yerləşdirilməsinin təşkil olunmasıdır.
Bu sözləri kənd təsərrüfatı nazir Məcnun Məmmədov Teleqraf-ın Sabirabada ezam olunmuş əməkdaşının sualına cavabda bildirib.
"Dövlət tərəfindən kommunal infrastrukturun yaradılması nəzərdə tutulub. Eyni zamanda təşviq sertifikatı əldə edərək növbəti 7 ilə həmin istixanalar ölkəyə idxal edəcəkləri avadanlıqlara, qurğulara, materiallara görə gömrük rüsumundan və ƏDV-dən azad olacaqlar. Bir sözlə, müxtəlif vergi güzəştləri də əldə edəcəklər", - deyə qeyd edib.
Onun sözlərinə görə, bundan başqa istixanaların genişləndirilməsi üçün də uçotun təşkili nəzərdə tutulub:
"Elektron kənd təsərrüfatının tam uçotuna nail olmağa çalışacağıq. Dövlət Proqramına qoşulacaq istixanalar əlavə dəstək göstəriləcək".