BAKI, 25 iyun. TELEQRAF
Türk dövlətlərinin vahid audit məkanının yaradılması məqsədinə çatmağa xidmət edəcək konkret tədbirlər görülməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Auditorlar Palatası Şurasının sədri Nemətulla Kərimov “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
O qeyd edib ki, bu tədbirlərdən birincisi peşəkar birliklərin Koordinasiya Şurasının yaradılması olmalıdır:
İkincisi, beynəlxalq standartların – Beynəlxalq Audit Standartlarının, ISQM 1, ISQM 2 və yenilənmiş ISA 220 standartının sinxron tətbiqi üzrə ümumi fəaliyyət planının hazırlanması,
Üçüncüsü, gələcəkdə qarşılıqlı tanınmanı təmin etmək perspektivi ilə xarici keyfiyyətə nəzarət və audit faylı üzrə vahid metodologiyanın hazırlanması,
Dördüncüsü, Beynəlxalq Təhsil Standartlarına əsaslanan vahid peşə hazırlığı sistemi və imtahan nəticələrinin qarşılıqlı tanınması,
Beşincisi, süni intellektdən istifadə etməklə proseslərin avtomatlaşdırılmasına imkan verən birgə ekspert platformasının yaradılması,
Altıncısı isə təcrübə mübadiləsi üçün daimi platformanın formalaşdırılmasıdır.
Bu təşəbbüslərin əksəriyyəti əlavə sazişlər və ya əlavə maliyyə vəsaiti tələb etmir. Burada əsas məsələ hər bir iştirakçının iradəsi və inteqrasiyaya can atmaq istəyidir”.