BAKI, 25 iyun. TELEQRAF
Son vaxtlar sürətlə genişlənməyə başlamış kiberdələduzluq dünya iqtisadiyyatına ÜDM-in 10% həcmində zərər gətirir.
Teleqraf xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri Vahid Novruzov “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsindəauditin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.
Onun sözlərinə görə, aparılan tədqiqatlar göstərir ki, müəssisə daxilində kibertəhlükəsizlik hadisələrinin 56%-i əməkdaşların səhlənkarlığı nəticəsində baş verir:
“Eyni zamanda bunların 26%-i əməkdaşların bilərəkdən törətdikləri əməllər, 18%-i isə uçot məlumatlarının oğurlanması nəticəsində baş verir.
Araşdırılmış şirkətlərin 60%-ə qədərində kiberdələduzluq halları aşkar olunub. Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin 2026-cı il 2 iyun tarixli fərmanı ilə Milli Təhlükəsizlik Agentliyi yaradılıb. Müasir auditor elektron sübutların etibarlılığını, avtomatlaşdırılmış nəzarət sistemlərini, məlumatların bütövlüyünü, giriş hüquqlarını, kiberrisklərin maliyyə hesabatlarına təsirini və rəqəmsal əməliyyatların risk profilini qiymətləndirən yüksək ixtisaslı peşəkardır”.