BAKI, 4 noyabr. TELEQRAF

Hesablamalarımıza əsasən, dövlət-büdcə xərclərinin 41,7% icra prosesində bölgüsü həyata keçirilən xərclərdir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib:

"2026-cı ildə bloklanmış xərclər təxminən 9,2 milyard manatdan çox proqnozlaşdırılır ki, bu, cari ilin gözlənilən icra göstərisindən 1,1 milyard çoxdur.

Hesab edirik ki, bu xərclərin büdcədə payının azaldılması imkanları da mövcuddur. Növbəti il üçün, büdcədənkənar xərclər büdcədənkənar gəlirlərdən 100 milyon manat artıq olmaqla, 1,1 milyard manat məbləğindən nəzərdə tutulur. Bu, cari ili gözlənilən icrası ilə müqayisədə 17,4% çoxdur. Növbəti il də büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 27% artacağı proqnozlaşdırılır ki, bu, dövlət büdcəsində müvafiq xərclərin artım tempindən 18,8% çoxdur".