BAKI, 4 noyabr. TELEQRAF

Qiymətləndirmələrə görə, 2025-ci ilin sentyabrında ticarət tərəfdaşlarındakı inflasiya ölkədəki illik inflasiyaya 3,1 faiz artırıcı təsir edib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

O bildirib ki, bu dövrdə nominal effektiv məzənnənin inflasiyaya təsiri neytral olub.