BAKI, 4 noyabr. TELEQRAF

Dövlət büdcəsi kəsrinin yuxarı həddi 3,1 milyard manat olmaqla ümumi daxili məhsulun 2,3%-ni təşkil edəcək. 2026-cı ilin büdcə parametrləri makroiqsadi sabitliyi səcrələndirən proqnozlara əsaslanır. Belə ki, növbəti ildə iqtisadi artım 2,9%, orta illik inflasiya səviyyəsi 4,8% proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Azər Əmiraslanov bildirib.

"Manatın məzənnəsinin sabit qalacağı gözlənilir. Növbəti ildə neft qaz ümumi daxili məhsulun real ifadədə 4% azalması fonunda qeyri-neft qaz ümumi daxili məhsulü üçün 5%-lik artımın proqnozlaşdırılması milli iqtisadiyyatımızda ciddi struktur dəyişiklərini səciyyələndirir. Belə ki, milli iqtisadiyyatda qeyri-neft sektorunun payının 2025-ci ildəki 72%-dən 2026-cı ildə 75,8%-ə, 2029-cu ildə 80% çatacağı gözlənilir.

2026-cı il üzrə proqnozlaşdırılan dövlət ücrəsi gəlirlərini 43% və ya 16,4 milyard manatı, neft qaz sektorunun 57% və ya 22,2 milyard manatı qeyri neft qaz sektorunun payına düşür. 2025-ci il dövlət büdcəsinin proqnoz göstəricisi ilə müqayisədə neft qaz sektorunun gəlirləri transferdə daxil olmaqla 1,9 milyard manat və ya 10,2% azaldığı halda qeyri-neft sektorunun gəlirləri 2,1 milyard manat və ya 10,6% çox nəzərdə tutulur".