BAKI, 4 noyabr. TELEQRAF

"2026-cı ilin yanvarın 1-dən vergi güzəştləri mərhələli şəkildə tətbiq olunacaq".

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"Güzəştin sosial iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığı kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması, eləcə də daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etmək üçün qeyri-neft qaz özəl sektorunda da əməkhaqqılarını tədricən mərhəlili şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib. Bu, asan müzakirələr olmayıb. Burada müxtəlif baxışlar olub. Təqdim olunan sənəd vahid mövqəni əks etdirir", - deyə nazir qeyd edib.