BAKI, 4 noyabr. TELEQRAF

2026-cı il üçün dövlət bücəsinin gəlirləri 2025-ci ilin proqnozu ilə müqayisədə 253 milyon manat çox olmaqla 38,6 milyard manat, xərclər 296 milyon manat çox olmaqla 41,7 milyard manat proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin iclası zamanı deyib.

O bildirib ki, bu, həm gəlir, həm də xərclər üzrə 0,7 faizli artım deməkdir:

"Dövlət büdcəsi kəsrinin yuxarı həddi isə 3,1 milyard manat olmaqla ümumi daxili məhsulun 2,3%-ni təşkil edəcəkdir. 2026-cı ilin büdcə parametrləri makroiqsadi sabitliyi şərtləndirən proqnozlara əsaslanır. Belə ki, növbəti ildə iqtisadi artım 2,9%, orta illik inflasiya səviyyəsi 4,8% proqnozlaşdırılır. Belə ki, milli iqtisadiyyatımızın tərkibində qeyri-neftiqat sektorunun payının 2025-ci ildəki 72%-dən 2026-cı ildə 75,8%-ə, 2029-cu ildə 80% çatacağı gözlənilir".