BAKI, 30 oktyabr. TELEQRAF
8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.