BAKI, 22 oktyabr. TELEQRAF

Xarici ticarət tərəfdaşlarında inflyasiya 8,9 % təşkil edib. Bu da sentyabrda Azərbaycanda inflyasiya göstəricisinə 3,12 faiz bəndi artırıcı təsir göstgərib. Daxili amillərə nəzər yetirdikdə əsas faktor kənd təsərrüfarı istehsalçıları qiymətləri indeksinin artımıdır. 9 ayın nəticələrinə görə, kənd təsərrüfatı məhsullarının qiymətləri 9,3 faiz artıb".

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımı inflyasiyaya 4,28 faiz bənd təsir göstərib:

"9,3 faiz artımın əsas istiqamətləridir bir illik və çox illik bitkiçilik məhsullarının, heyvandarlıq məhsullarının qiymətlərinin artımıdır. Müvafiq olaraq 4,6 və 22,7 faiz artım var. Heyvandarlıq məhsullarının qiymət artımı 9,6% təşkil edib. 9 ayın nəticələrinə əsasən əkin və meyvə toxumlarının idxal dəyəri 61, heyvandarlıq yemlərinin 27,1, mineral və kimyəvi azot gübrələrinin 11,8 faiz yüksəlib".