BAKI, 14 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr 2740,7 milyon manat dəyərində xidmət göstərib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7% çoxdur.
Dövr ərzində göstərilən xidmətlərin 72,6%-i əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34%-i və ya 932,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.