BAKI, 14 oktyabr. TELEQRAF
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, bu il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artaraq, milli valyuta ekvivalentində 30464,6 milyon manat təşkil edib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 25511,6 milyon manatı və ya 83,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 12,2 faiz artaraq 530,9 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.