BAKI, 10 oktyabr. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 37 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən Teleqraf-a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Samux rayonunda yerləşən "Seyidlər üzüm emalı zavodu” və Şirvan şəhərində yerləşən fermadır.

Satılan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1986-2014-cü illəri əhatə edir.