BAKI, 9 oktyabr. TELEQRAF

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 201 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edib.

Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.

Bildirilib ki, mənzillərin yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 17.10.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8255 kirayə müqaviləsi bağlanılıb.