BAKI, 9 oktyabr. TELEQRAF

"Bakı Kristal Zalı" MMC 2024-cü ili 2 milyon 405 min manat xalis zərər ilə başa vurub.

Teleqraf xəbər verir ki, şirkət 2023-cü ili 4938 manat xalis mənfəət ilə bağlamışdı

"Bakı Kristal Zalı" MMC-nin cəmi gəlirləri 2023-cü ildəki 3 milyon 522 min manatdan 2024-cü ildə 2 milyon 697 min manata düşüb.

"Bakı Kristal Zalı" MMC-nin cəmi əməliyyat xərcləri 2023-cü ildə 3 milyon 516 min manat ikən, 2024-cü ildə 5 milyon 102 min manat yüksəlib (1 milyon 586 min manat və ya 45% artıb).

Ötən il şirkətin 4 milyon 264 min manatlıq inzibati xərclərinin 1 milyon 451 min manatını əməkhaqqı xərcləri, 2 milyon 813 min manatını köhnəlmə və amortizasiya xərcləri təşkil edib.

Xatırladaq ki, "Bakı Kristal Zalı" 2012-ci ildən çoxməqsədli idman-konsert kompleksi kimi inşa edilib. MMC 2022-ci ilin əvvəlində 2021-ci ili 17 511 min manatlıq zərərlə başa vurduğunu açıqlamışdı.