BAKI, 23 aprel. TELEQRAF
“Transxəzər nəqliyyat dəhlizi üzrə konteyner daşımalarının həcmi ildə 300 min futluq ekvivalentə çatdırılacaq”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Baş naziri Oljas Bektenov deyib.
“Transxəzər marşrutu bizim misilsiz üstünlüyümüzdür. Dövlət başçısı bu layihəyə xüsusi əhəmiyyət verir. Bu marşrut ancaq dəmir yolu yox, həm də dəniz infrastrukturunu əhatə edir. Konteyner daşımaları sabit şəkildə inkişaf edir. Təkcə bu marşrut üzrə 2029-cu ilə qədər ildə 80 min futluq ekvivalentdən 300 minə qədər artım planlaşdırırıq. İştirakçı ölkələrin əlaqəli fəaliyyəti sayəsində Orta Dəhliz üzrə çatdırılma müddəti 18 günə qədər azalıb. Bunu 10 günə qədər endirməyi hədəfləyirik”, - Baş nazir bildirib.
Oljas Bektenov qeyd edib ki, bu sahədə beynəlxalq şirkətləri cəlb etməklə Aktau və Kurık limanlarında konteyner qovşaqlarının genişləndirilməsi işləri aparılır:
“Şimal-Cənub dəhlizinin Şərq qolunu inkişaf etdiririk. Bu, Bəsrə körfəzi və Hindistan bazarlarına çıxış üçün ən qısa yoldur”.